Ən son xəbərlər:

27.10.2023/17:59/ Ermənistan Rusiya ilə münasibətlərdə problemlərin olmadığını bildirib

Ermənistan Rusiya ilə münasibətlərdə problemlərin olmadığını bildirib.

xeberaz.info xəbər verir ki, Moskva ilə İrəvan arasında münasibətlərdə kəskin problem və ya vəziyyətin pisləşməsi yoxdur. Bunu Ermənistanın xarici işlər naziri Vaan Kostanyan keçirdiyi brifinqdə deyib.

Bizim vəziyyəti daha da pisləşdirdiyimizlə bağlı qiymətləndirmənizi bölüşmürəm, bu, normal iş prosesidir, tərəfdaşların bir-birinə sualları var, biz bu suallara diplomatlar vasitəsilə aydınlıq gətiririk, – TASS diplomatdan sitat gətirir:

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində KTMT-dən çıxmaqla bağlı mövqelərin uzlaşdırılması və təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsi zərurətindən danışıb.

Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva və İrəvanın qəzet vasitəsilə əlaqə saxlaması uyğun deyil. Bundan başqa, oktyabrın 25-də Ermənistanın müvəqqəti işlər vəkili Ermənistan mətbuatında Rusiya ilə bağlı odioz nəşrlərlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.