Ən son xəbərlər:

27.10.2023/13:12/ Fələstin-İsrail münaqişəsinin qapalı dairəsini qırmağın yeganə yolu danışıqlar masasına oturmaqdır

Fələstin-İsrail münaqişəsinin qapalı dairəsini qırmağın yeganə yolu danışıqlar masasına oturmaqdır.

xeberaz.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kani Həmas Siyasi Bürosunun üzvü Əbu Mərzuk ilə görüşüb. İranın Moskvadakı səfirliyi Telegram kanalında bildirib ki, görüş Moskvada baş tutub.

Əli Baqeri Kani rusiyalı həmkarı tərəfindən Əbu Mərzuk ilə fikir mübadiləsi və ikitərəfli məsləhətləşmələr üçün dəvət olunub.

Ötən gün Həmas nümayəndə heyəti Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi ilə görüş keçirib.

Həmçinin, Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Zhai Jun danışıqlar masasına qayıtmağın Fələstin-İsrail münaqişəsinin qapalı dairəsini qırmağın yeganə yolu olacağını bildirib.

Onun sözlərinə görə, Fələstin və İsrail arasında vəziyyət son dərəcə ciddidir. Vəziyyətin gərginləşməsini ancaq atəşkəs yolu ilə həll etmək olar. Jun qeyd edib ki, vəziyyətin yumşaldılması nizamlanma üçün lazımi şəraitin yaradılmasına kömək edəcək.

Daha əvvəl politoloq HƏMAS nümayəndə heyətinin gəlişindən sonra Rusiyanın mövqeyinin necə dəyişəcəyini açıqlamışdı.