Ən son xəbərlər:

26.10.2023/ 14:29/ İsrail ordusu gecə saatlarında Qəzza zolağının şimalında hədəfli reyd keçirib

İsrail ordusu gecə saatlarında Qəzza zolağının şimalında hədəfli reyd keçirib.

xeberaz.info xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında tanklardan istifadə edərək gecə saatlarında hədəfli reyd keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Gecədə İDF döyüşlərin növbəti mərhələlərinə hazırlıq məqsədilə Qəzza zolağının şimalında məqsədyönlü tank reydi həyata keçirib. Reyd başa çatdıqdan sonra əsgərlər ərazini tərk ediblər, – deyə hərbi məlumatda bildirilir.