Ən son xəbərlər:

26.10.2023/ 09:42/ Qaçqın və məcburi köçkünlərin sayı dünya üzrə 114 milyonu keçib

Qaçqın və məcburi köçkünlərin sayı dünya üzrə 114 milyonu keçib.

xeberaz.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cenevrədəki qərargahı bildirib ki, sentyabrın sonunda müharibə, təqiblər və təbii fəlakətlər səbəbindən evlərini tərk edən qaçqın və məcburi köçkünlərin sayı dünya üzrə 114 milyonu keçib.

Müharibə, təqib, zorakılıq və insan hüquqlarının pozulması nəticəsində dünya miqyasında didərgin düşmüş insanların sayı sentyabrın sonunda 114 milyonu keçib.

Agentlik 2023-cü ilin birinci yarısında məcburi köçkünlüyün əsas səbəbləri kimi Ukrayna, Sudan, Konqo Demokratik Respublikası və Myanmada baş verən hadisələri, Somalidəki quraqlıq, daşqın və təhlükəsizliksizliyin və Əfqanıstanda uzun sürən humanitar böhranın birləşməsini göstərib.