Ən son xəbərlər:

25.10.2023/ 18:18/ NATO-nun keçmiş baş katibi Solana Netanyahunu pis rəbər adlandırıb

NATO-nun keçmiş baş katibi Solana Netanyahunu pis rəbər adlandırıb.

xeberaz.info xəbər verir ki, NATO-nun keçmiş baş katibi Xavyer Solana İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahunu pis rəhbər adlandırıb.

Netanyahu pis bir rəhbərdir və o, İsrailin ən pisləri ilə, ən az demokratik dəyərlərə sahib olanlarla ittifaqa girib, – TASS onun sözlərindən sitat gətirir.

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bundan əvvəl bildirib ki, İsrail artıq Qəzza zolağında quru əməliyyatı keçirməyə qərar verib.

Səfir xatırladıb ki, İsrailin əməliyyat zamanı hədəfləri Fələstinin HƏMAS hərəkatının strukturlarını tamamilə məhv etmək və girovları azad etməkdir. Lakin o, əməliyyatın dəqiq vaxtını açıqlamayıb.

Bundan əvvəl İsrailin Aİ və NATO-dakı səfiri Haim Regev bildirmişdi ki, İsrail Qəzza zolağında Fələstinin Həmas hərəkatının tamamilə məhv edilməsində sona gedəcək.