Ən son xəbərlər:

19.10.2023/16:59/ Qazaxıstan Qərbin sanksiyalarına düşməmək üçün Rusiyaya ixracı məhdudlaşdırır

Qazaxıstan Qərbin sanksiyalarına düşməmək üçün Rusiyaya ixracı məhdudlaşdırır.

xeberaz.info xəbər verir ki, Qazaxıstan Qərbin Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar 106 növ malın ixracını məhdudlaşdırıb. Siyahıda pilotsuz təyyarələr, çiplər və elektronika üçün ehtiyat hissələri yer alır. Respublikanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebaev belə bildirib.

Biz yalnız hərbi təyinatlı malları məhdudlaşdırdıq, bunlar 106 növ maldır, – Torebayev belə qeyd edib.

Məhdudiyyətlər Qərbin sanksiyaları ilə əlaqədar Qazaxıstan və xarici istehsalçılara tətbiq edilib.

Qazaxıstan Xarici İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, respublika ikinci dərəcəli Qərb sanksiyaları altına düşməmək üçün Rusiya ilə ticarət zamanı riskləri idarə etmək üçün çox iş görür. 2022-ci ildən Qazaxıstan Rusiyaya hərbi malların tədarükünə qadağa qoyub. İkili təyinatlı malların tədarükü üçün xüsusi lisenziya tətbiq edilib.

Qazaxıstandan Rusiyaya və ya Rusiyadan Qazaxıstana çıxan bütün sanksiyaya məruz qalan mallar elektron qaimə-fakturalar vasitəsilə izlənilir.