Ən son xəbərlər:

19.10.2023/16:09/ Pedro Sançes Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasına inanmır

Pedro Sançesi Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasına inanmır.

xeberaz.info xəbər verir ki, İspaniyanın baş naziri vəzifəsini icra edən Pedro Sançes rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində Rosselxozbank-ın taxıl müqaviləsini bərpa etmək üçün SWIFT-ə yenidən qoşulmaq etimalının çətin olduğunu bildirib.

Prankerlər Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamatın adından Sançesə zəng edərək, sövdələşməni bərpa etmək üçün Rusiya banklarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının mümkünlüyünü soruşublar.

Ödənişlər SWIFT ilə əlaqəsi kəsilməyən digər banklar vasitəsilə də həyata keçirilə bilər ki, bu da mənə alternativ kimi görünür. Və biz bu məsələ üzərində BMT, eləcə də Avropa Komissiyası və Avropa Şurası ilə işləyirik. Bu məsələ ilə bağlı mövqeyimiz belədir, – Sançes belə deyib.