Ən son xəbərlər:

19.10.2023/11:18/ ABŞ administrasiyası Venesuelaya qarşı sanksiyaları yumşalda bilər

ABŞ administrasiyası Venesuelaya qarşı sanksiyaları yumşalda bilər.

xeberaz.info xəbər verir ki, ABŞ Xəzinədarlığı Venesuelanın neft-qaz sektoru ilə bir sıra əməliyyatları və qızıl hasilatı şirkəti ilə qarşılıqlı əlaqəni təsdiqləyib.

Venesuellanın neft və qaz sektoru ilə əməliyyatlara müvəqqəti icazə verən ümumi lisenziya altı ay müddətinə verilib, – departamentin açıqlamasında deyilir.

Qeyd olunur ki, Venesuela ölkədə seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirərsə, ümumi lisenziya davam etdiriləcək.

Bundan əvvəl “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, ABŞ və Venesuela razılığa gəliblər ki, Vaşinqton Venesuelanın neft sektoruna qarşı sanksiyaları yumşaldacaq, Karakas isə öz növbəsində beynəlxalq nəzarət altında prezident seçkiləri keçirəcək.

Qeyd olunur ki, sövdələşmə Venesuelanın ABŞ-dakı aktivlərinin dondurulmasını nəzərdə tutmur.

Avqust ayında məlum oldu ki, Karakas demokratiyanın bərpası üçün konkret addımlar atacağı təqdirdə ABŞ administrasiyası Venesuelaya qarşı sanksiyaları yumşaltmağa hazırdır.