Ən son xəbərlər:

19.10.2023/11:05/ Çin Rusiya və Monqolustanla üçtərəfli iqtisadi dəhliz yaradacaq

Çin Rusiya və Monqolustanla üçtərəfli iqtisadi dəhliz yaradacaq.

xeberaz.info xəbər verir ki, Çin Rusiya və Monqolustan vasitəsilə iqtisadi dəhlizin formalaşmasına yardım etməyə hazırdır, – deyə Çin sədri Si Cinpin bildirib.

Çin Monqolustan və Rusiya ilə üçtərəfli əməkdaşlığı genişləndirməyə hazırdır və üçtərəfli iqtisadi dəhliz yaratmaq üçün ardıcıl çalışır, – TASS onun sözlərindən sitat gətirir.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Monqolustan və Qərbi Çin ərazisindən keçməklə Mərkəzi Avrasiya nəqliyyat dəhlizinin yaradılması imkanlarına baxmağı tapşırmışdı.

Putin gələn il fevralın 15-dək bu məsələ ilə bağlı hesabat gözləyir.

İyul ayında Çin Xalq Respublikasından ilk yük qatarı Amur çayı üzərindən keçən dəmir yolu körpüsü ilə Rusiyaya gəlib.