Ən son xəbərlər:

18.10.2023/17:44/ Hindistan 2027-ci ilə qədər iqtisadi cəhtdən dünyanın üçüncü ən böyük ölkəsinə çevriləcək

Hindistan 2027-ci ilə qədər iqtisadi cəhtdən dünyanın üçüncü ən böyük ölkəsinə çevriləcək.

xeberaz.info xəbər verir ki, Hindistan dörd ildən sonra dünyanın üçüncü ən böyük iqtisadi gücünə çevriləcək və 2030-cu ilə qədər onun ÜDM-i iki dəfə artaraq 7 trilyon dollara çatacaq. Bu proqnozu JPMorgan-ın Asiya-Sakit Okean regionu üzrə bazar araşdırmalarının direktoru Ceyms Sallivan verib.

JPMorgan-ın fikrincə, çox güclü uzunmüddətli təşviqlər Hindistanı struktur baxımından əsas oyunçuya çevirir. Hindistanın ÜDM-də sənaye istehsalının payı 17%-dən demək olar ki, 25%-ə yüksələ, ixrac isə iki dəfədən çox artaraq 1 trilyon dolları keçə bilər.

Biz Hindistan iqtisadiyyatının ümumi strukturunda uzun müddətli, böyük dəyişikliklər görürük, – Sullivan belə deyib.