Ən son xəbərlər:

18.10.2023/06:35/ Almaniya Rusiya qazını əvəz etməsilə fəxr edi

Almaniya Rusiya qazını əvəz etməsilə fəxr edir.

xeberaz.info xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Rusiya qazını başqa ölkələrdən idxalla əvəzləyəcəyini və bununla fəxr edə biləcəyini bəyan edib. O, bunu Berlində iqtisadi konfransda çıxışı zamanı deyib.

Şolzun sözlərinə görə, Ukraynada indi Almaniyadan böyük dəyişikliklər tələb edən müharibə gedir. Bu kontekstdə o, müdafiə xərclərinin artması ilə yanaşı, enerji vəziyyətindəki dəyişiklikləri də göstərib.

O iddia edib ki, Almaniyaya qaz nəqlini dayandırmağa qərar verən Rusiya olub. Rusiya qazına qarşı hələ də heç bir sanksiyalar yoxdur, – Şolz belə əlavə edib. Məhz biz heç kimin gözləmədiyi çox qısa müddətdə tədarükün 50%-ni dünyanın digər yerlərindən idxalla əvəz edə bildik.  Düşünürəm ki, biz bununla fəxr edə bilərik, – kansler belə bildirib.

Almaniya hazırda tədricən bərpa olunan enerji mənbələrinə keçir, kömür elektrik stansiyalarından imtina edir və atom elektrik stansiyalarını bağlayır. 2045-ci ilə qədər iqlim neytrallığına tam nail olmaq planlaşdırılır.