Ən son xəbərlər:

16.10.2023/16:48/ Səudiyyə hökmdarı Blinkeni görüş üçün bir neçə saat gözlətdirdi

16.10.2023/16:48/ Səudiyyə hökmdarı Blinkeni görüş üçün bir neçə saat gözlətdirdi.

xeberaz.info xəbər verir ki, Amerikanın dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş üçün bütün gecəni gözləməli olub, Washington Post bu barədə yazır.

Şənbə günü Ər-Riyadda planlaşdırılan görüş baş tutmayıb. Şahzadə danışıqlara yalnız səhəri gün gəlib. Blinken söhbəti çox məhsuldar adlandırıb.

Görüş vaxtının nəyə görə dəyişdirildiyi açıqlanmayıb.

Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyi bir vaxtda ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərq ölkələrinə turneyə çıxıb. Oktyabrın 13-də o, Qəzza zolağında humanitar fəlakət elan edən Fələstin prezidenti Mahmud Abbasla görüşüb. Blinken daha sonra Qahirəyə gəlib və orada Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.