Ən son xəbərlər:

16.10.2023/12:45/ Rusiya Yaponiyadan balıq və dəniz məhsullarının idxalını qadağa tətbiq edəcək

Rusiya Yaponiyadan balıq və dəniz məhsullarının idxalını qadağa tətbiq edəcək.

xeberaz.info xəbər verir ki, Atom elektrik stansiyalarından radioaktiv suyun okeana buraxılması səbəbindən Yaponiyadan balıq məhsullarının tədarükünə qadağa qoyan ilk ölkə Çin olub. Rusiya oktyabrın 16-dan Yaponiyadan balıq və dəniz məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edəcək.

Bundan əvvəl yapon balıqçılar hökumətin “Fukusima-1” AES-dən radioaktiv suyun okeana atılmasına dair qərarına etiraz ediblər.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi “Fukusima-1” atom elektrik stansiyasından zəif radioaktiv suyun buraxılmasından sonra Sakit Okeanda sınaqların keçirildiyini açıqlayıb. Tritium konsentrasiyası normal olub və heç bir problem aşkar edilməyib. Avqust ayında atom elektrik stansiyasının operatoru Tokyo Electric Power Company Holdings qəza nəticəsində çirklənmiş suyu dəniz suyu ilə seyrəltdikdən sonra okeana atıb.