Ən son xəbərlər:

16.10.2023/12:37/ Yaxın Şərq ölkələrinin liderləri münaqişənin genişlənməsini istəmirlər

Yaxın Şərq ölkələrinin liderləri münaqişənin genişlənməsini istəmirlər.

xeberaz.info xəbər verir ki, İsrail və bir sıra ərəb dövlətlərinin liderləri ötən həftə bu ölkələrə səfər edən ABŞ dövlət katibi Antoni Blinkeni əmin ediblər ki, onlar Fələstin-İsrail münaqişəsinin regiona daha geniş yayılmasını istəmirlər. Blinken bu barədə X sosial şəbəkəsində (“x”, keçmiş Twitter) məlumat verib.

Son bir neçə gündə mən İsrail, İordaniya, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Misirdə olmuşam. Bu tərəfdaşların hər birindən eşitdiklərim münaqişənin daha da genişlənməsinin qarşısının alınması, müdafiəsiz insanların həyatının qorunması və Qəzzada ehtiyacı olanlara yardımın göstərilməsi zərurəti ilə bağlı ortaq baxış idi, – diplomat belə bildirib.