Ən son xəbərlər:

16.10.2023/12:29/ Tusk Polşada Qanun və Ədalət partiyasının hakimiyyət dövrünün başa çatdığını bildirib

Tusk Polşada Qanun və Ədalət partiyasının hakimiyyət dövrünün başa çatdığını bildirib.

xeberaz.info xəbər verir ki, Polşanın ən böyük müxalif Vətəndaş Koalisiyasının lideri Donald Tusk ölkəyə son səkkiz ildə rəhbərlik etmiş Yaroslav Kaçinskinin Qanun və Ədalət (PiS) partiyasının hakimiyyət dövrünün başa çatdığını və demokratik müxalifətin qələbə çaldığını bəyan edib.

Biz onları hakimiyyətdən uzaqlaşdırdıq, – Tusk respublikada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra belə deyib. Bu gün artıq deyə bilərik ki, bu, Qanun və Ədalət partiyasının gücünün sonudur. Biz demokratiyanı, azadlığı, Polşamızı qazandıq, – deyə o əlavə edib.

Məsələ ondadır ki, bu uğuru bizim yeni hakimiyyət dövrümüzə çevirmək mümkün olacaqmı? Biz bunu hələ bilmirik, – Kaçinski öz növbəsində deyib və bununla da partiyasının zəif nəticəsini etiraf edib.