Ən son xəbərlər:

16.10.2023/ 07:36/ Kiyev Qəzza zolağında müharibəyə görə Qərbin Ukraynaya yardımını zəiflətməsindən ehtiyat edir

Kiyev Qəzza zolağında müharibəyə görə Qərbin Ukraynaya yardımını zəiflətməsindən ehtiyat edir.

xeberaz.info xəbər verir ki, Ukrayna hakimiyyəti ölkədəki münaqişənin Qərbin diqqətini getdikcə daha az cəlb etməsindən narahatdır. Bu barədə New York Times-ın köşə yazarları Endryu Kramer və Metyu Mpoke Bigg bildirib.

Jurnalistlər qeyd ediblər ki, Əsas müttəfiqlərin diqqəti Qəzzadakı müharibəyə yönəlib. Slovakiya və Polşada keçirilən seçkilərə görə Avropada çatlar yaranıb, ABŞ-da isə respublikaçıların Konqresdə liderlik uğrunda mübarizəsi nəticəsində hərbi yardımla bağlı problemlər yaranıb.

Bundan əvvəl “The New York Times” Qərbin Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən Ukraynaya dəstəyin “pik nöqtəsinə” çatdığını bəyan etmişdi.