Ən son xəbərlər:

16.10.2023/ 07:08/ Bank of China bankının idarə heyətinin keçmiş sədri rüşvətə görə həbs edilib

Bank of China bankının idarə heyətinin keçmiş sədri rüşvətə görə həbs edilib.

xeberaz.info xəbər verir ki, Bank of China bankının idarə heyətinin keçmiş sədri Liu Liange rüşvət almaqda şübhəli bilinərək həbs edilib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, Liu Liange ölkənin ən böyük banklarından biri olan bankın partiya katibi vəzifəsini də icra edib. Keçmiş məmur qanunsuz kreditlər verməkdə, korrupsiyada və rüşvət almaqda şübhəli bilinir. İşin digər təfərrüatları hələlik açıqlanmayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır.