Ən son xəbərlər:

16.10.2023/ 06:34/ Aşqabad Ankara ilə münasibətlərində strategiyasını dəyişir

Aşqabad Ankara ilə münasibətlərində strategiyasını dəyişir.

xeberaz.info xəbər verir ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Türkiyənin xarici işlər naziri Hakan Fidan əməkdaşlığı müzakirə edib.

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov tezliklə Türkiyəyə rəsmi səfərə hazırlaşır və onun sözlərinə görə, bu, Türkmənistan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin gələcək inkişafında yeni səhifələr açacaq.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı ikitərəfli ticarət, enerji, nəqliyyat sahələrində əməkdaşlıq, o cümlədən Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv kimi qəbulu məsələləri müzakirə olunacaq.