Ən son xəbərlər:

27.11.2022/17:26/ Iran ŞƏT üzvlüyünü ratifikasiya edib

İran Məclisi ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması ilə bağlı qanun layihəsini qəbul edib, parlamentin 205 deputatı sənədin qəbuluna səs verib.

Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əbülfəzl Amuinin xatırlatdığı kimi, İranın ŞƏT-ə daimi üzv kimi daxil olması prosesi son 15 ildə baş verib və 22-ci sammitdə ölkə ŞƏT-ə üzv qəbul edilib.

“O vaxtdan bəri 49 icra sənədi təsdiqlənib və bu sənədlər İslam Respublikası tərəfindən qəbul edilməlidir. Əslində İranın ŞƏT-ə daxil olmasının şərti bu sənədlərin qəbul edilməsidir”, – İRNA onun sözlərini sitat gətirib.

O vurğulayıb ki, ŞƏT böyük beynəlxalq əhəmiyyətə malikdir, çünki onun sözlərinə görə, Rusiya və Çinin iştirak etdiyi təşkilat iqtisadi mübadilələrin həcminə görə mühüm regional təşkilatlardan biri hesab olunur.

Amui əlavə edib ki, İranın ŞƏT-ə daxil olması ölkənin xarici siyasətinin çoxtərəfli xarakterini göstərir.