Ən son xəbərlər:

27.11.2022/16:34/ Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə yük axınını artıracaq

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin genişləndirilməsi planlarını açıqlayıb.

“Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 75% artaraq 8,7 milyon tona çatıb ki, bunun da 6,7 ​​milyon tonu dəmir yolu nəqliyyatı ilə daşınıb.

O, Azərbaycanın ilin sonunda tranzit yüklərin həcmini iki dəfə artıracağını gözlədiyini, bununla əlaqədar Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsinin və dəmir yolu xəttinin ötürücülüyünün artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.