Ən son xəbərlər:

27.11.2022/08:47/ Almaniya əhalisinin yarıdan çoxu sərt qənaət rejiminə keçdi

Almaniya əhalisinin yarıdan çoxu sərt qənaət rejiminə keçib,- NielsenIQ bu barədə məlumat verib. Sürətli qiymət artımı fonunda Almaniya sakinlərinin yarıdan çoxu daha çox qənaət etməyə başlayıb. Bu qənaətə NielsenIQ texnologiya şirkətinin analitikləri gəlib, -Die Zeit belə yazır.

Belə ki, məlum olub ki, respondentlərin 52 faizi indi yalnız ehtiyac duyduğu məhsulları almağa məcburdur. Sorğu iştirakçılarının daha 44 faizi izah edib ki, onlar “zövq və dəbdəbə” üçün mal almaqdan çəkinəcəklər. Almanların daha 31 faizi restoran ziyarətlərini azaltmağa çalışdıqlarını bildirib.

NielsenIQ eksperti Lotar Stiblinin sözlərinə görə, ölkədə getdikcə daha çox insan əmanət ehtiyacını anlayır və onsuz nə edə biləcəyini düşünür.

İndi almanlar, onun vurğuladığı kimi, mağazalardakı qiymətləri diqqətlə müqayisə edir, aksiya və endirimlərə daha çox diqqət yetirirlər. Həmçinin, getdikcə daha çox insan daha ucuz məhsullara və özəl etiketlərə üstünlük verir.

Daha əvvəl bildirilmişdi ki, almanların demək olar ki, üçdə ikisi yüksək inflyasiya səbəbindən gündəlik mallara xərclərini azaldıb.