Ən son xəbərlər:

27.11.2022/06:42/ Almaniya neft tədarükünün şaxələndirilməsi ilə bağlı «həssas danışıqlar» aparır

Junge Welt qəzeti yazır ki, Almaniya Rusiyadan neft tədarükünə mümkün faktiki embarqo fonunda neft tədarükünün şaxələndirilməsi ilə bağlı “həssas danışıqlar” aparır – xüsusən də Almaniyada Qazaxıstandan nümayəndə heyəti gözlənilir.

Qeyd olunur ki, söhbət Brandenburq federal əyalətinin Şvedt şəhərindəki neft emalı zavodunun fəaliyyəti üçün resursların təmin edilməsindən gedir – əvvəllər bu NEZ xammalı Drujba neft kəməri ilə Rusiyadan alırdı. Bu neft emalı zavodunun stabil işləməsi olmadan Brandenburqda və ölkənin paytaxtı Berlində vəziyyət daha da mürəkkəbləşəcək.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin parlament dövlət katibi Mixael Kellner deyib: “Bütün imkanlar nəzərdən keçirilir və Qazaxıstandan nümayəndə heyətinin yaxın vaxtlarda İqtisadiyyat Nazirliyinə səfəri gözlənilir”.

Bundan əvvəl Bloomberg agentliyi Rusiyanın öz neftinin qiymət tavanı tətbiq edən ölkələrə satışını qadağan edəcəyini bildirmişdi.