Ən son xəbərlər:

19.09.2023/09:56/ Tunisin Cerba adası YUNESCO-nun Dünya İrs Siyahısına salındı

Tunisin Cerba adası  YUNESCO-nun Dünya İrs Siyahısına salındı.

xeberaz.info xəbər verir ki, YUNESCO-nun Ümumdünya İrs Komitəsi Tunisin Cerba adasını Ümumdünya İrs Siyahısına əlavə edib. Bu barədə La Presse ölkənin Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu barədə qərar Komitənin Ər-Riyadda keçirilən 45-ci sessiyası zamanı qəbul edilib.

Aralıq dənizindəki Cerba adası öz tarixi abidələri ilə məşhurdur. Abidələrin bəziləri qədim yunan hakimiyyəti dövründə orada peyda olub. Həmçinin adada dünyanın ən qədim sinaqoqlarından biri olan El Qriba yerləşir.