Ən son xəbərlər:

19.09.2023/06:25/ Çin Latın Amerikasında əsas investora çevrilə bilər

Çin Latın Amerikasında əsas investora çevrilə bilər.

xeberaz.info xəbər verir ki, Əvvəllər ABŞ və Avropa ölkələrinə məxsus olan Latın Amerikası və Karib hövzəsinin əsas investorunun yerini tədricən Çin tutur. Bu fikri Paraqvayın maliyyə naziri Karlos Fernandes Bloomberg TV-yə müsahibəsində deyib.

ABŞ təkcə Paraqvaya deyil, bütün regiona sərmayə qoymaqda daha mühüm rol oynaya bilər. Əks halda bu yeri başqası tutacaq. Bölgədəki vəziyyətə nəzər salsanız, məlum olar ki, Çin indi tədricən ABŞ və Avropanın yerini tutur, çünki onlar həqiqətən iqtisadiyyata sərmayə qoyurlar.