Ən son xəbərlər:

19.09.2023/06:11/ Almaniya ukraynalı pilotlara təlim keçmək niyyətində deyil

Almaniya ukraynalı pilotlara təlim keçmək niyyətində deyil.

xeberaz.info xəbər verir ki, Almaniya hazırda ukraynalı pilotlara Qərb F-16 qırıcılarını idarə etmək üçün təlim keçmək niyyətində deyil. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ramşteyn aviabazasında təmas qrupunun görüşü ərəfəsində Bild qəzetinə müsahibəsində bildirib.

Hazırda bununla bağlı heç bir plan yoxdur, Pistorius Almaniyanın ukraynalı pilotlara F-16-nı idarə etmək üçün təlim keçməsinə dəstək olub-olmayacağı ilə bağlı suala belə cavab verib.

Biz köməyimizi artilleriya, hava hücumundan müdafiə, zireh və mühəndislik imkanlarına yönəldirik, – Pistorius belə deyib.