Ən son xəbərlər:

19.09.2023/06:00/ Rusiya Federasiyasına qarşı yeni məhdudlaşdırıcı tədbirlər təqdim oluna bilər

Rusiya Federasiyasına qarşı yeni məhdudlaşdırıcı tədbirlər təqdim oluna bilər.

xeberaz.info xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı gələn ayın əvvəlində təqdim oluna biləcək yeni, 12-ci sanksiyalar paketinin müzakirəsinə başlamağa hazırdır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, oktyabrın birinci yarısında yeni məhdudlaşdırıcı tədbirlər təqdim oluna bilər. Agentlik qeyd edir ki, onlar oktyabrda planlaşdırılan Aİ-ABŞ sammiti zamanı elan oluna bilər, lakin onun keçirilməsinin dəqiq tarixi hələ açıqlanmayıb.