Ən son xəbərlər:

19.09.2023/05:53/ Çin Almaniyaya etiraz məktubu göndərib

Çin Almaniyaya etiraz məktubu göndərib.

xeberaz.info xəbər verir ki, Çin Almaniyanın xarici işlər naziri Annalena Barbokun Çin prezidenti Si Cinpini diktator adlandırdığı bəyanatına görə Almaniyaya etiraz göndərib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi sədri Mao Ninq məlumat verib.

Çin Almaniya tərəfinin məsuliyyətsiz, faktlara zidd, diplomatik protokolu pozan və siyasi təxribat xarakterli açıqlamalarını pisləyir və rədd edir. Çin artıq diplomatik kanallar vasitəsilə etiraz göndərib, – Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə bildirib.