Ən son xəbərlər:

27.11.2022/03:43/ Azərbaycan ərazisindən keçən nəqliyyat-kommunikasiya dəhlizləri tranzit üçün geniş imkanlar yaradır

ABŞ-ın Hudson İnstitutunun  baş elmi işçisi Maykl Doran Orta Dəhlizin bütün dünya üçün vacib olduğunu bildirib.

“Azərbaycanın gücü hər gün artır və Orta Dəhliz layihəsi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün heyrətamiz perspektivdir”, – Doran belə deyib.

Doran qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşir, belə yerləşmə onun ərazisindən keçən nəqliyyat-kommunikasiya dəhlizləri  bir çox ölkələr üçün tranzit üçün geniş imkanlar yaradır.