Ən son xəbərlər:

19.09.2023/05:22/ İranın şimalında naməlum partlayış səsləri eşidilib

İranın şimalında naməlum partlayış səsləri eşidilib.

xeberaz.info xəbər verir ki, Pilotsuz uçuş aparatının İranın şimalındakı Gülistan əyalətinin inzibati mərkəzi olan Qorqan şəhərində qəzaya uğradığı güman edilir. Bu barədə İRNA agentliyi məlumat yayıb.

Qorqanın yaşayış massivlərindən birinə kustar üsulla hazırlanmış dron kimi görünən naməlum obyekt düşüb. Agentlik qeyd edir ki, şəhər sakinləri güclü partlayış səslərini eşidiblər.

Tasnim xəbər verir ki, Gülistan əyalətinin polis rəisi bildirib ki, hüquq-mühafizə orqanlarına şəhərin bir neçə bölgəsində naməlum obyektlərin düşməsi barədə məlumat daxil olub. O, vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb.

Tasnim tərəfindən yayımlanan hadisə yerindən çəkilmiş kadrlara əsasən, partlayış dalğası qəza yerinin yaxınlığında yerləşən yaşayış binasının və mağazanın şüşəsini sındırıb. Agentliyin yaydığı polis məlumatlarına görə, fövqəladə hadisə nəticəsində iki nəfər xəsarət alıb.