Ən son xəbərlər:

18.09.2023/16:18/ Dünya dizel yanacağının kəskin çatışmazlığı ilə üzləşib

Dünya dizel yanacağının kəskin çatışmazlığı ilə üzləşib.

xeberaz.info xəbər verir ki, Dünya anti-Rusiya sanksiyaları səbəbindən dizel yanacağının kəskin çatışmazlığı ilə üzləşib. Qərb qlobal dizel yanacağı qıtlığının öhdəsindən gələ bilmir.

Bu barədə Bloomberg analitikləri məlumat yayıb.

Analitiklər qeyd edirlər ki, OPEC+ liderləri, Rusiya və Səudiyyə Ərəbistanı məhdudiyyətlərə cavab olaraq neft hasilatını azaltdıqdan sonra vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə ABŞ-da dizelin bir barreli 140 dollardan yuxarı rekord qiymətə çatıb.

Bloomberg-in qeyd etdiyi kimi, Qərb şirkətləri yanacaq çatışmazlığını doldura bilmirlər ki, bu da bütün Amerika və Avropa sənayesinə, eləcə də nəqliyyat sektoruna, xüsusən də aviasiya sənayesinə pis təsir göstərə bilər.