Ən son xəbərlər:

18.09.2023/16:09/ Pentaqonun gözəgörünməz F-35 qırıcı təyyarəsi yoxa çıxıb

Pentaqonun gözəgörünməz F-35 qırıcı təyyarəsi yoxa çıxıb.

xeberaz.info xəbər verir ki, ABŞ ordusu gözəgörünməz uçuş aparatını itirib. Pentaqon ABŞ sakinlərindən xidmətdə olan ən bahalı F-35 qırıcısını tapmaqda köməklik etmələrini xahiş edib.

80 milyon dollarlıq gözəgörünməz bombardmançı dünən təlim uçuşu səhv başa çatdıqdan sonra izsiz yoxa çıxıb. Pilot təyyarədən atılıb və sağ qalıb, lakin qırıcı özü Cənubi Karolinada qəzaya uğrayıb.

Axtarışlar hələ ki, heç bir nəticə verməyib. F-35-in sahibi olan baza sakinlərdən xahiş edib ki, kimsə təyyarənin düşdüyünü və ya qalıqlarını görübsə, məlumat vermək üçün qaynar xəttə zəng etsinlər.

Bundan öncə xəbər verildiyi kimi, təyyarədən atılan pilot xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Fəlakətin səbəbləri məlum deyil.