Ən son xəbərlər:

11.09.2023/04:35/ Mərakeşdə zəlzələ nəticəsində ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan dəyib

Mərakeşdə zəlzələ nəticəsində ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan dəyibə.

xeberaz.info xəbər verir ki, Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub.

360 informasiya portalının verdiyi məlumata görə, zəlzələ nəticəsində 1985-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məşhur orta əsr məhəlləsində (Mədinədə) çoxlu binalar dağılıb. qədim evlər arasında dolanan dar küçələr daş qalaqları və şüşə qırıqları, müxtəlif istiqamətlərə çıxan armaturlarla  doludur.

Bir çox orta əsr binalarının və mədəniyyət obyektlərinin, ekzotik restoranların və dizayner geyim mağazalarının cəmləşdiyi Mədinədə hər yerdə dağılmış divarlar və uçmuş fasadları görmək olar.