Ən son xəbərlər:

07.09.2023/12:28/ NATO-nun Rusiyanın Rumıniyaya qəsdən hücumu ilə bağlı heç bir sübutu yoxdur

NATO-nun Rusiyanın Rumıniyaya qəsdən hücumu ilə bağlı heç bir sübutu yoxdur.

xeberaz.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rumıniyada tapılan və modelindən Rusiyanın Ukraynadakı hədəflərə zərbə endirmək üçün istifadə etdiyi pilotsuz təyyarənin fraqmentləri ilə bağlı məlumatı şərh edib. Cənab Stoltenberq bildirib ki, alyansın baş verənlərin  Rusiyanın qəsdən hücumu olduğuna dair heç bir sübutu yoxdur.

Rumıniya hakimiyyəti PUA-nın qalıqlarının tapıldığını təsdiqləyib. Onlar dünən NATO müttəfiqlərinə məlumat veriblər, araşdırma aparılır. Bizdə Rusiyanın qəsdən hücumuna işarə edəcək hər hansı məlumat yoxdur, biz araşdırmanın nəticələrini gözləyirik, – NATO-nun baş katibi Avropa Parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin iclasında belə  bildirib.

Ötən gün sentyabrın 6-da Rumıniyanın Ukrayna ilə sərhədində yerləşən Tulça qraflığında dronun bir neçə hissəsi tapılıb. Rumıniyanın müdafiə naziri Anxel Tilvar pilotsuz uçan aparatın Rusiyaya aid olduğunu təsdiqləyib, lakin tapılan elementlərin təhlükə yaratmadığını vurğulayıb.