Ən son xəbərlər:

07.09.2023/12:15/ Baltik limanları vasitəsilə hər il təxminən 10 milyon ton Ukrayna taxılını daşımaq mümkün olacaq

Baltik limanları  vasitəsilə hər il təxminən 10 milyon ton Ukrayna taxılını daşımaq mümkün olacaq.

xeberaz.info xəbər verir ki, Litva prezidenti Gitanas Nauseda deyir ki, Baltik dənizi liman dəhlizləri inkişaf etdikdən sonra onlar vasitəsilə hər il təxminən 10 milyon ton Ukrayna taxılını daşımaq mümkün olacaq.

Bu barədə Delfi portalı xəbər verir.

Litva rəhbərinin sözlərinə görə, Ukraynanın əsas tranzit marşrutları ilə ixrac etdiyi qədər taxılın Baltikyanı ölkələr və Polşa limanları vasitəsilə ixracı mümkün olmasa da, bu alternativ marşrut yaxşı inkişaf etdirilərsə, Polşanın, Litvanın ümumi töhfəsi, Latviya və Estoniya əhəmiyyətli ola bilər.

Nauseda  vurğulayıb ki, Aİ ölkələri Ukrayna taxılının sərbəst şəkildə beynəlxalq bazarlara çıxması üçün  mümkün olan hər şeyi etməlidir.

Xəbər verildiyi kimi, ABŞ Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından sonra alternativ yolları araşdıraraq, Dunay çayı vasitəsilə Ukraynadan taxıl ixracını artırmaq üçün Rumıniya və Moldova ilə işləyir.

Eyni zamanda, Rusiya son həftələrdə Ukraynanın Dunaydakı liman infrastrukturunu atəşə tutmağı intensivləşdirib.