Ən son xəbərlər:

07.09.2023/07:36/ Müsadirə olunan Rusiya aktivləri Ukraynanın ehtiyaclarına xərclənəcək

Müsadirə olunan Rusiya  aktivləri  Ukraynanın ehtiyaclarına  xərclənəcək.

xeberaz.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə mətbuat konfransı zamanı bildirib ki, əvvəllər sanksiyaya məruz qalan rusiyalı sahibkarlardan müsadirə edilən vəsaitlər Ukrayna ordusunun ehtiyaclarına xərclənəcək.

Onun sözlərinə görə, Vaşinqton nümayəndələri ilk dəfə olaraq rus oliqarxlarından ələ keçirilən aktivləri Ukraynaya ötürürlər.  Bu aktivlər Ukrayna hərbi veteranlarına dəstək üçün istifadə olunacaq, – Blinken belə  deyib.

Dövlət Departamentinin mətbuat xidməti qeyd edib ki, əldə edilən bu vəsait – 5,4 milyon dollar  Ukrayna hərbi veteranlarının reabilitasiyası üçün istifadə olunacaq.