Ən son xəbərlər:

07.09.2023/07:19/ Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı məsələlər hökumətin iş planına daxil edilib

Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı məsələlər hökumətin iş planına daxil edilib.

xeberaz.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, hökumətin iş planına qaz qovşağının yaradılması ilə bağlı məsələlər daxil edildiyini və bunun Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirilən danışıqlarda müzakirə olunduğunu  bildirib.

Biz Ataşehirdə qaz, faydalı qazıntılar və hər hansı digər materiallarla bağlı əməliyyatlar üçün beynəlxalq ticarət mərkəzi yaradacağıq. Dünya ticarəti burada aparılacaq, –  TASS onun sözlərini  sitat gətirir.

Bu  məqsədlə Rusiya və Türkiyə departamentləri iş aparacaq və ideyaları sürətlə həyata keçirəcək. Bundan əlavə, Soçidə cənab Putinlə görüş  zamanı Trakiyada qaz qovşağının yaradılması planları müzakirə olunub. Bu layihə planlaşdırma mərhələsindədir və işə salınıb, – Ərdoğan belə deyib.