Ən son xəbərlər:

07.09.2023/07:07/ G7 Rusiya neftinin qiymət limitinə yenidən baxmağı planlaşdırmır

G7 Rusiya  neftinin qiymət limitinə yenidən baxmağı planlaşdırmır.

xeberaz.info xəbər verir ki, G7 ölkələri yaxın gələcəkdə Rusiya neftinin müəyyən edilmiş qiymət həddinə yenidən baxmaq niyyətində deyil, Reuters mənbələrə istinadən belə xəbər verir.

Ötən il dekabrın əvvəlində Avropa İttifaqının Rusiyadan gələn neftin qiymət limitinə hər iki aydan bir yenidən baxmaq istədiyi barədə məlumat yayılmışdı.

Bununla belə, agentlik qeyd edir ki, müttəfiqlər mart ayından bəri qiymət tavanını dəyişməyiblər.

Qeyd olunur ki, bəzi Aİ ölkələri qiymət tavanına yenidən baxmağı planlaşdırsalar da, ABŞ və G7 ölkələri bunu etmək istəməyiblər.