Ən son xəbərlər:

07.09.2023/06:42/ Kuleba Blinkenlə gələcək hərbi yardımı müzakirə edirlər

Kuleba Blinkenlə gələcək hərbi yardımı müzakirə edirlər.

xeberaz.info xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə danışıqlar zamanı hərbi yardım, müdafiə sənayesində əməkdaşlıq və ölkədən taxıl ixracının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Sentyabrın 6-da Ukraynanın xarici işlər naziri Blinkenlə birgə mətbuat konfransında bildirib ki, onlar Ukraynaya uzaqmənzilli ATACMS raketləri və hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə ediblər.

Blinken ABŞ-ın Ukraynaya əlavə olaraq 1 milyard dollardan çox yardım edəcəyini bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Kuleba Kiyevin NATO-ya daxil olmaq üçün hansı şərtləri yerinə yetirməli olduğunu başa düşmədiyini bildirib.