Ən son xəbərlər:

07.09.2023/06:25/ BMT taxıl sazişini həyata keçirmək üçün heç bir təsir gücünə malik deyil

BMT  taxıl sazişini həyata keçirmək üçün heç bir təsir gücünə malik deyil.

xeberaz.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının hazırda taxıl müqaviləsinin şərtlərini yerinə yetirmək üçün heç bir təsir gücü yoxdur. Bu fikri TASS-ın müxbirinə BMT baş katibinin keçmiş müavini Benon Sevan təşkilatın baş katibi Antonio Quterreşin vasitəçilik səylərini şərh edərkən deyib.

Təəssüf ki, bu gün BMT-də razılaşmaların həyata keçirilməsinə nail olmağa imkan verən təsir vasitələri  yoxdur. Bu, tam olaraq taxıl sövdələşməsinə aiddir, – deyə Sevan bildirib.