Ən son xəbərlər:

07.09.2023/06:12/ BMT maliyyə çatışmazlığı səbəbindən Kabilə yardımı azaldıb

BMT maliyyə çatışmazlığı səbəbindən Kabilə yardımı azaldıb.

xeberaz.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) maliyyə çatışmazlığı səbəbindən sentyabr ayında 2 milyon əfqana yardımı ixtisar edib. Bu barədə “The Times of India” qəzeti Ümumdünya Ərzaq Proqramının Kabildəki missiyasına istinadən məlumat yayıb.

Bu ay ÜƏP daha 2 milyon əfqana yardımı azaldıb. Gözlənilir ki, oktyabrın sonuna qədər Əfqanıstana yardım üçün vəsait nəhayət tükənəcək və nəticədə bu ölkənin 10 milyon sakini aclıq təhlükəsi ilə üzləşə bilər, – Ümumdünya Ərzaq Proqramının Kabildəki nümayəndəsi Xiao Wei Li belə deyib.

Onun sözlərinə görə, yaxınlaşan qış mövsümü şəraitində Əfqanıstanın ucqar rayonlarının əhalisinin 90%-ni fəlakətli vəziyyət gözləyir.

2023-cü ildə təşkilatın 1 milyard dollara ehtiyacı olduğu üçün ÜƏP-nin Əfqanıstana yardımı 25%  azaldılıb.