Ən son xəbərlər:

06.09.2023/18:37/ ABŞ-ın Ermənistanla birgə təlimləri indiki hərbi-siyasi hadisələr kontekstində nəzərdən keçirilməlidir

ABŞ-ın Ermənistanla birgə təlimləri indiki hərbi-siyasi hadisələr kontekstində nəzərdən keçirilməlidir.

xeberaz.info xəbər verir ki, Rusiya ABŞ və Ermənistanın birgə təlimlərini təxribat kimi qiymətləndirə bilər. “Komsomolskaya Pravda” xəbər verir ki, bunu hərbi ekspert və politoloq İvan Konovalov deyib.

Konovalovun sözlərinə görə, Rusiya və NATO Ermənistanla uzun müddətdir əməkdaşlıq edir. Lakin hazırkı təlimlər indiki hərbi-siyasi hadisələr kontekstində nəzərdən keçirilməlidir.

Ekspertin fikrincə, ABŞ və NATO heç vaxt səbəbsiz heç nə etmir. O, aydınlaşdırıb ki, Moskva NATO-nun Baltikyanı ölkələrdə keçirdiyi təlimləri təxribat kimi qiymətləndirib və nəticədə bu təlimlərə oxşar şəkildə və “mikroskop altında” baxılacaq.

Bundan əlavə, politoloq vurğulayıb ki, ABŞ çətin ki, Rusiya sülhməramlılarını Dağlıq Qarabağ ərazisində əvəz etsin, çünki Rusiya Federasiyası ilə Ermənistan arasında müqavilənin müddəti yalnız 2025-ci ilin noyabrında başa çatır və bundan sonra avtomatik olaraq uzadılacaq.