Ən son xəbərlər:

06.09.2023/18:12/ Ukrayna taxıl qadağalarının uzadılması tələbinə görə Polşa və Aİ-ni məhkəməyə verə bilər

Ukrayna taxıl qadağalarının uzadılması tələbinə görə Polşa  və Aİ-ni məhkəməyə verə bilər.

xeberaz.info xəbər verir ki, Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa sentyabrın 15-dən sonra uzadılacağı təqdirdə ölkəsi Polşa və Avropa İttifaqına qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) iddia qaldıracaq. “Politico” bu barədə məlumat verib.

Nazir müavini eyni zamanda qeyd edib ki, Ukrayna tərəfi “dostluq və həmrəylik ruhunu nəzərə alaraq dərhal cavab tədbirləri görmək niyyətində deyil. Lakin o, əlavə edib ki, Kiyevin maraqlarına təhlükə  bu işi ÜTT-yə keçirməyə məcbur edir.

Bundan əvvəl Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya 2023-cü ilin sonuna qədər Ukrayna taxılının idxalına qoyulan qadağanın uzadılması tələbi ilə Avropa Komissiyasına müraciət etmək niyyətində olduqlarını bəyan ediblər.