Ən son xəbərlər:

06.09.2023/18:12/ İsveçrə Rusiya aktivlərinin axtarışı üçün G7 qrupuna qoşulmaqdan imtina etdi

İsveçrə Rusiya aktivlərinin axtarışı üçün G7 qrupuna qoşulmaqdan imtina etdi.

xeberaz.info xəbər verir ki, İsveçrə Milli Şurasının Xarici Əlaqələr Komitəsi ölkənin sanksiyaya məruz qalan rusların aktivlərinin axtarışı üçün G7 işçi qrupuna qoşulması təklifini rədd edib. Bu barədə “European Pravda” qəzeti yazır.

Parlament komitəsi Rusiya elitasının sanksiyalara məruz qalan üzvlərinin vəsaitlərinin axtarışı və müsadirəsi ilə məşğul olan G7 REPO işçi qrupuna İsveçrənin qoşulmasını təşkil etmək təklifini 13 əleyhinə 10 səslə (bir bitərəf) rədd edib.

Komitə qərara gəlib ki, sanksiya rejiminin həyata keçirilməsində G7 ölkələri ilə əməkdaşlıq artıq texniki səviyyədə yaxşı işləyir və REPO qrupuna qoşulmaq İsveçrəyə heç bir əlavə fayda gətirməyəcək.