Ən son xəbərlər:

06.09.2023/18:02/ ABŞ öz ehtiyatlarından Polşaya 8 helikopter köçürəcək

ABŞ öz ehtiyatlarından Polşaya 8 helikopter köçürəcək.

xeberaz.info xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak ABŞ Konqresinin Polşaya  96 Apaçi helikopterlərinin radar və silahlarla satışına razılıq verdiyini açıqlayıb. Bu barədə “Evropian pravda” məlumat yayıb.

Satınalma və çatdırılma prosedurları başa çatana qədər ABŞ Ordusu Polşanı öz resurslarından helikopterlərlə təmin edəcək.

Bundan əvvəl Dövlət Departamenti Polşaya helikopterlərin satışını təsdiqləyib.

Daha əvvəl Blaşçak bildirmişdi ki, ilkin olaraq ABŞ öz ehtiyatlarından Polşaya 8 helikopter köçürəcək.