Ən son xəbərlər:

06.09.2023/12:37/ Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağa ilə bağlı Aİ ölkələri arasında birlik yoxdur

Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağa ilə bağlı Aİ ölkələri arasında birlik yoxdur.

xeberaz.info xəbər verir ki, Polşanın Kənd Təsərrüfatı Naziri Robert Telus 15 sentyabrdan sonra Aİ-nin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağasının uzadılmasının dəstəklənməsi kontekstində Bolqarıstanla problemlərini açıqlayıb.

Bu barədə “Еvrоpеyскaya рrаvda”nəşrinə  istinadən o, RMF FM radiostansiyasına bildirib.

Telus beş ölkə Aİ siyahısında Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasının çevik olmasını istəyir. İdeya ondan ibarətdir ki, məhsulun idxalı istənildiyi təqdirdə siyahıdan çıxarıla bilər və ya həddindən artıq idxal olunarsa yeni məhsul əlavə oluna bilər.

Bizim Bolqarıstanla kiçik bir problemimiz var, – deyən Telus etiraf edib ki, Bolqarıstan günəbaxan toxumlarının siyahıdan çıxarılmasını istəyir. Bunun əvəzinə o, siyahıya “süd tozunu” daxil etmək niyyətindədir.

Polşalı nazir bu məsələ ilə bağlı razılaşmaların hələ də davam etdiyini etiraf edib.

Nazir bildirib  ki, yalnız Macarıstan Polşa ilə birlikdə belə bir qadağanı tətbiq edəcəyini qətiyyətlə bəyan edir, slovakiyalılar isə bu barədə çox ciddi düşünürlər.