Ən son xəbərlər:

06.09.2023/12:05/ Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevə gəlib

Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevə gəlib.

xeberaz.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ilk dəfə Kiyevə səfər edib və burada birinci xanımların və həyat yoldaşlarının sammitində iştirak edəcək, Ermənistan KİV-i məlumatlı mənbələrə istinadən xəbər verir.

Mövzusu psixi sağlamlıq olan sammit sentyabrın 6-da öz işinə başlayıb. Akopyanın Ukraynaya əliboş deyil, humanitar yardımla getdiyi məlum olub. Bu arada Ermənistanın baş nazirinin özü hələ Ukraynada səfərdə olmayıb.

Birinci Xanımlar və Cənablar Zirvəsi, təşkilatçıların tədbir adlandırdıqları kimi, Ukrayna prezidentinin həyat yoldaşı Olena Zelenskayanın ideyasıdır. İlk dəfə 2021-ci ildə keçirilib.