Ən son xəbərlər:

04.09.2023/16:54/ Polşada “leqioner xəstəliyi” epidemiyası qurbanlarının sayı durmadan artır

Polşada “leqioner xəstəliyi” epidemiyası qurbanlarının sayı durmadan artır.

xeberaz.info xəbər verir ki, Polsat TV Polşada “leqioner xəstəliyi” epidemiyasının qurbanlarının sayının artdığını bildirib.Xəstəlik qurbanlarının sayının artması səbəbindən təxribat versiyası yoxlanılır.

Məlumatda bildirilir ki, Subkarpatiya bölgəsində daha iki legionella infeksiyası qeydə alınıb və xəstələrdən biri dünyasını dəyişib. Bununla da xəstəlikdən ölənlərin sayı 19-a çatıb. Xəstələrin sayı isə 160 nəfərə yüksəlib.

Bununla yanaşı, kanal xəstələrin sayının artmasının səbəbinin məlum olmadığını qeyd edir. Daha əvvəl xəstəliyin su təchizatı vasitəsilə yayıldığı bildirilmişdi, lakin artıq səlahiyyətlilər suyun dezinfeksiya edilməsi üçün bütün lazımi tədbirləri görüblər. Bununla belə, xəstəliyin artması davam edir.

Polşa Daxili Təhlükəsizlik Agentliyi qeyd edib ki, onlar yoxlama aparıblar və hələlik hər hansı təxribatın baş verdiyini göstərən heç bir məlumat almayıblar.