Ən son xəbərlər:

04.09.2023/15:25/ Ərdoğan Putinlə görüşdə milli valyutalara keçidin vacibliyini bildirib

Ərdoğan Putinlə görüşdə milli valyutalara keçidin vacibliyini bildirib.

xeberaz.info xəbər verir ki, Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərləri Hafize Qaye Erkan və Elvira Nabiullina qarşıdakı danışıqlarda ikitərəfli ticarət çərçivəsində rus rublu və türk lirəsi ilə hesablaşmaları müzakirə edəcəklər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl belə deyib.

Sentyabrın 5-də Ərdoğan prezident Putinlə Türkiyə-Rusiya hökumətlərarası aparılan danışıqların nəticələrini müzakirə edəcək.

Bundan əvvəl Federasiya Şurası Ərdoğanı Rusiya qarşısında öhdəliklərini pozmaqda ittiham edib.