Ən son xəbərlər:

04.09.2023/05:57/ Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinə mükafatların verilməsindən imtina etdi

Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinə mükafatların verilməsindən imtina etdi.

xeberaz.info xəbər verir ki, Nobel Fondu bu yaxınlarda Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçirilən mükafatlandırma mərasiminə dəvətini geri götürüb.

Biz İsveçdəki kəskin reaksiyanı nəzərə aldıq və bu, bütün ölkələrin səfirlərini mərasimə dəvət etmək qərarına tamamilə kölgə saldığnı müşahidə etdik. Ona görə də Rusiya, Belarus və İran səfirlərini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəldik, – fondun saytında yerləşdirilən bəyanatda belə deyilir.

Eyni zamanda, fond üç ölkənin səfirlərinin Osloda keçiriləcək mərasimə dəvət ediləcəyini vurğulayıb.