Ən son xəbərlər:

30.08.2023/10:42/ ABBA-nın solisti Agnetha Fältskog solo mahnı buraxacaq

ABBA-nın solisti Agnetha Fältskog solo mahnı buraxacaq.

xeberaz.info xəbər verir ki, İsveçli müğənni, ABBA qrupunun üzvü Agnetha Fältskog What Do We Go From Here solo mahnısını təqdim edəcək.

Dünya Premyerasını BBC Radio 2-də  Cümə axşamı, 31 Avqust, səhər saat 8:30-dan dinləmək mümkündür.

Daha sonra “Aftonbladet” qəzeti Fältskoqun bu solo mahnını karyerasının bir hissəsi kimi buraxacağını bildirib.

Keçən il əfsanəvi İsveç kvartetinin üzvləri ABBA Voyage holoqrafik şousunda 36 ildən sonra ilk dəfə ictimaiyyət qarşısında bir araya gəldilər. İfaçıların rəqəmsallaşmış modelləri orada ifa edib. Bu Şou qrupun Voyage albomunun buraxılışı ilə eyni vaxta təsadüf edib.